İDMAN


Boksçumuz Rüfət Hüseynov “Minsk 2019”un dörddəbir finalında mübarizəni dayandırıb

Bakı, 25 iyun, AZƏRTAC

“Minsk 2019” ikinci Avropa Oyunlarının boks yarışlarında dörddəbir finalda mübarizə aparan Rüfət Hüseynov (49 kq) italiyalı Federiko Serra ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüşdə 0:5 hesabı ilə uduzan boksçumuz “Minsk 2019”da mübarizəni dayandırıb.

Dəri əlcək ustası səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Qeyd edək ki, ikinci Avropa Oyunlarının beşinci günündə Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) də mübarizə aparıblar. Səkkizdəbir final mərhələsində rinqə çıxan hər iki boksçumuz dörddəbir finala yüksəliblər. Səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksanı 5:0 hesabı ilə məğlub edən C.Çələbiyevin dörddəbir finalda rəqibi Gürcüstan təmsilçisi Otar Eranosyan olacaq.

L.Domingez isə eyni hesabla Belarus boksçusu Mixail Dauqaliavetsə qalib gələrək adını dörddəbir finala yazdırıb. O, dörddəbir finalda Belçika təmsilçisi Ziyad El Mohor ilə qarşılaşacaq.

Hər iki boksçumuz növbəti görüşlərini iyunun 26-da keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.