İDMAN
Boksçumuz Serbiyada beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakı, 16 dekabr, AZƏRTAC
Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, yığmamızın yarışdakı yeganə idmançısı, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə turnirə qələbə ilə başlayıb. Belə ki, ilk qarşılaşmada moldovalı Vlad Qavriluçla üz-üzə gələn təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib. O, dörddəbir finalda serbiyalı Sandro Poletanla qarşılaşacaq.
Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]