İDMAN


Boksçumuz beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib

Boksçumuz beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib

Bakı, 25 may, AZƏRTAC

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə dörddəbir final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Şəhla Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.