İDMAN


Boksçumuz dünya birinciliyində yarımfinala vəsiqə əldə edib

Bakı, 20 aprel, AZƏRTAC

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində dörddəbir final mərhələsinin görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvü Nicat Hüseynov (49 kq) yarışın yarımfinalına vəsiqə qazanıb. Boksçumuz yarımfinala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. O, rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. Boksçumuz finala vəsiqə üçün rusiyalı Robert Bədəlyanla qarşılaşacaq.

Millimizin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar dörddəbir finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.