SİYASƏT


Bölgədə davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Luici Di Maio bölgədə mövcud olan son dərəcə gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. O, gərginliyin azaldılmasının və sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı, buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirləri barədə qarşı tərəfə məlumat verib. Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu və mülki insanlar arasında itkilərin olduğu italiyalı nazirin diqqətinə çatdırılıb. Bölgədə gərginliyin əsasında Ermənistanın davam edən təcavüz siyasətinin olduğu vurğulanıb. Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruri olduğu qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.