İDMAN


Bölgələrdə basketbol idman növünü inkişaf etdirmək məqsədi daşıyan turnirlər davam edir

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə basketbolun inkişafı istiqamətində ölkəmizin bir sıra regionlarında turnirlər keçirilib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 3x3 basketbol növü üzrə keçirilən "ABF 3x3" adlı Azərbaycan kuboku bu turnirlərdən biridir. İlk mərhələsi Gəncə şəhərində baş tutmuş yarışda oğlanlardan ibarət 56 oyunçu 14 komandanın, 20 qız oyunçu isə 5 komandanın heyətində mübarizə aparıblar. Növbəti mərhələsi Lənkəran şəhərində keçirilən turnirdə isə ümumilikdə 32 oğlan oyunçu, 8 komandanın heyətində iştirak ediblər.

Maraqlı idman mübarizəsi şəraitində keçən "ABF 3x3" adlı Azərbaycan kubokunu davamlı şəkildə keçirməkdə məqsəd ölkəmizdə bu idman növünə olan marağı daha da artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.