MƏDƏNİYYƏT


Bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil olunub

Bakı, 4 sentyabr, AZƏRTAC

Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon MKS gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, oxucuların kitabxanaya cəlb edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə “Kitabxana açıq havada” adlı sərgi təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, Şirvan şəhər MKS-nin 3 saylı kitabxana filialı məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) anım günü ilə əlaqədar “Böyük xeyriyyəçi Zeynalabdin” adlı videoçarx hazırlayıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 35 saylı Mərzili kənd kitabxanası Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın əsərlərinə həsr olunmuş virtual sərgi təşkil olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində Şuşada 30 ildən sonra keçirilən Vaqif Poeziya Günlərinə həsr olunmuş tədbir təşkil edilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzi “Azərbaycanın fəxri və xilaskarı – Heydər Əliyev” və “Heydər Əliyev liderliyinin qabiliyyət və zəfər rəmzi” başlıqlı videoçarxlar hazırlayıb.

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzinin filialları unudulmaz teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin (1951-2012) anadan olmasının 70 illiyi ilə əlaqədar videoçarxlar təqdim edilib.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Heydər Əliyev Mərkəzində “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə qala-şəhərimizdə aparılan bərpa-quruculuq işlərindən bəhs edən film nümayiş olunub. Oğuz rayon MKS-nin Filfilli kənd kitabxana filialında “Sənin nağıl dünyan” adlı “oxu saatı” təşkil edilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi, rayon Təhsil şöbəsi, Gənclər və idman idarəsi və İsmayıllı İntellektual oyunlar klubunun birgə təşkilatçılığı ilə “Yay təcrübə proqramı” adlı layihə həyata keçirilib. İştirakçıların İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və Gənclər və idman idarəsinin rəisi Taleh Salehovla görüşü olub. Görüşdə Elçin Nəcəfov regional idarənin fəaliyyəti, strukturu, keçirilən layihələrlə bağlı ətraflı məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi Əməkdar müəllim, jurnalist Fərman Əzizli, Əməkdar mühəndis, Prezidentin fərdi təqaüdçüsü Kamil Məmmədov və professor Telman Nizamovla görüş keçirib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında “Qoy həmişə sülh olsun” başlıqlı virtual sərgi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.