ELM VƏ TƏHSİL
Bölgələrdə səyyar laboratoriya vasitəsilə kompleks torpaq tədqiqatları aparılır
Bakı, 30 oktyabr, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkı, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə səyyar (mobil) laboratoriya vasitəsilə regionlarda kompleks torpaq tədqiqatlarının aparılmasına başlanılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədqiqatlardan sonra yerli sahibkarlar və fermerlərlə görüşlərin keçirilməsi, onlara torpaqlardan daha səmərəli istifadə olunması yolları ilə bağlı məsləhətlər verilməsi nəzərdə tutulur.
Yaradılan işçi qrupu öz işinə oktyabrın 30-da Göyçay rayonunda başlayıb. İşçi qrupunda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdirləri Mustafa Mustafayev və Mirvari Məmmədova, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev təmsil olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]