ELM VƏ TƏHSİL


Bölgələrdə tədris prosesinin gedişatı ilə bağlı görüşlər keçirilir

Bakı, 30 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən bölgələrdə cari dərs ili üzrə ənənəvi tədrisin təşkili ilə tanışlıq üçün görüşlərə start verilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil nazirinin bu barədə əmrinə əsasən, nazirliyin müvafiq struktur bölmə əməkdaşlarının bölgələrə səfərləri təşkil olunur.

Məqsəd ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həlli, təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinin diqqətdə saxlanılması, buraxılış imtahanı, fənn olimpiadalarının nəticələrinin rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) təhsilyanı və məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılması, nəticəyə uyğun tədbirlərin icrasıdır.

Həmçinin səfər çərçivəsində sözügedən şəhər və ya rayonun seçilmiş müəllimləri ilə fənlərin tədrisinə dair müzakirələrin aparılması, rayonun məktəb direktorları ilə ötən tədris ilinin (buraxılış nəticələri və məktəbdaxili qiymətləndirmənin təhlili, olimpiada və s.) müzakirə edilməsi və hədəflərin müəyyən olunması məqsədlər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.