CƏMİYYƏT


Bölgələrdə xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir

Bakı, 9 aprel, AZƏRTAC

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Əlavə olaraq bir şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs qərarı verilib.

Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə rayon polis şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir. Belə ki, bu günədək polis əməkdaşlarının keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozduqlarına görə 71 sakin barədə inzibati qaydada tədbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.