MƏDƏNİYYƏT
Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib
Bakı, 15 yanvar, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə baş tutan görüşdə rəssamların fəaliyyətinin genişləndirilməsi, qalereyalarla əməkdaşlığın artırılması üçün rəssamları narahat edən məsələlər müzakirə edilib və təkliflər irəli sürülüb.
Rəssamların qalereya, muzeylər ilə əlaqələrini sıxlaşdırlması və regionlarda rəssamlığın keyfiyyətinin artırılması, xüsusilə istedadlı insanların sərgilərdə iştirakını təmin etmək üçün hər rayon üzrə verilən təkliflər dəyərləndirilib və icrası üçün Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tərəfindən müvafiq tapşırıqlar verilib.
Gəncə, Şəki, Zirə, Şamaxı, Masallı, Ağdaş, Biləsuvar, Neftçala, Lənkəran və s. şəhərlərdən görüşdə iştirak edən rəssamların təklifləri maraqla qarşılanıb.
Müxtəlif bölgələrdə yaşayan rəssamların əlaqələr şəbəkəsinin eyni platforma üzərində qurulmasını, onların problem və təkliflərini dinlənməsini təmin edən layihə rəssamlar tərəfindən maraqla qarşılanıb.