MƏDƏNİYYƏT


Bölgələrdəki mədəniyyət müəssisələrində “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlər təşkil olunub

Bakı, 16 fevral, AZƏRTAC

Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində keçirilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa” adlı tədbirdə muzeyin direktoru Vəfa Bayramova və digər qonaqlar mövzu ətrafında çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Masallı RMİ-nin Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şuşa mədəniyyətimizin beşiyidir” adlı tədbir keçirilib. Tədbirdə Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən danışılıb, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə sayəsində ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrildiyi qeyd olunub.

Bərdə RMİ-nin Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Aran-2 qəsəbə Mədəniyyət evi “Şuşa abidələr şəhəridir” adlı tədbir təşkil edib.

Sabirabad RMİ-nin Saatlı rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubunda Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi və Qarabağ xanı Pənahəli xan barədə məlumat xarakterli toplantı təşkil olunub. Tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafa RMİ-nin Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Əziz Şuşa, sən azadsan!” başlıqlı tədbir keçirilib. Məktəbin müəllimləri mövzu ətrafında çıxış edib, şagirdlər şeirlər səsləndirib.

Şəki RMİ-nin Balakən rayon Mədəniyyət Mərkəzində “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı ədəbi-bədii kompozisiya təşkil edilib. Tədbirdə regional idarənin rəhbərliyi və əməkdaşları, 1-ci və 2-ci Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, Balakən rayonunda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.