MƏDƏNİYYƏT


Bölgələrimizdə kitaba maraq artır

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 22-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi “Uşaq kitab karvanı bölgələrdə” adlı tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər, Zərdab, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, Yevlax, Bərdə və Tərtərdə reallaşacaq.

Kitab karvanında uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın iştirakı və imzalı görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Tədbir çərçivəsində, Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin (MKS) uşaq şöbələrinə, Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, müxtəlif nəşriyyatlar tərəfindən uşaq kitabları hədiyyə olunacaq.

Qeyd edək ki, 2011-ci ildən bu günə qədər davam edən layihə çərçivəsində, 33 rayona 26 mindən çox kitab hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.