REGİONLAR
Bölgələrimizin tarixi, mədəniyyəti, adət ənənələri ilə kollektiv şəkildə, qarşılıqlı fikir mübadiləsi apararaq tanış olmaq çox effektivdir
Paytaxtdan Qusara təxminən iki saatlıq yoldur. Yolboyu çox fərqli təbiət mənzərələri ilə qarşılaşdıq. Bu il Azərbaycana ilk qarın yağdığını televiziyadan on gün bundan qabaq eşitsək də, ilk qarı Qusarda gördük. Sabah Qubanın, sonra isə Xaçmazın görməli yerlərində olacağıq. Bu mənim üçün ən maraqlı və yaddaqalan ekskursiyadır.
Bu fikirləri Binəqədi rayonundakı 30 nömrəli tam orta məktəbin IX sinif şagirdi Pərvin Quliyeva AZƏRTAC-a müsahibəsində söyləyib.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiyada iştirak etdiyi üçün P.Quliyeva özünü çox xoşbəxt sayır.
Məktəbli deyib: Biz adətən bu cür səfərlərə valideynlərimizlə və ya kiçik qruplarla yollanırıq. Hazırda isə tək bizim məktəbdən 45 nəfər şagird bir yerdəyik. Bölgələrimizin tarixi, mədəniyyəti, adət ənənələri ilə kollektiv şəkildə, qarşılıqlı fikir mübadiləsi aparaq tanış olmaq daha maraqlı və effektivdir”.