DÜNYA


Boliviya: milli karnavalın dörd günü ərzində azı 40 nəfər ölüb

Bakı, 14 fevral, AZƏRTAC

Boliviyada keçirilən ən böyük milli karnavalın başladığı gündən bəri azı 40 nəfər həlak olub, 124 nəfər isə yaralanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Boliviyanın daxili işlər naziri Karlos Romero bildirib. Nazirin sözlərinə görə, həyatını itirən insanların 16-sı yol-nəqliyyat hadisəsinin, 8-i isə qaz balonu partlamasının qurbanı olub. Nəzarətin gücləndirilməsinə baxmayaraq, ölüm hallarının səviyyəsi yüksək olaraq qalır.

Oruro şəhərində keçirilən karnaval 2001-ci ildə UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib. Ölkənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə bayramı 412 min insan izləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.