DÜNYA


Boliviyada avtobus yüz metr dərinliyi olan uçuruma aşıb

Bakı, 22 aprel, AZƏRTAC

Boliviyada La Pas–Karanavi marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun dağ yolunda təxminən 100 metrlik uçuruma düşməsi nəticəsində azı 11 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xəbər verir ki, ABI agentliyinin yaydığı məlumata görə, faciə aprelin 22-nə keçən gecə baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.

Boliviyada çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Buna nəqliyyat vasitələrinin nasazlığı və ya insan faktorları səbəb olur. Həmçinin ölkədəki avtobus marşrutlarının əksəriyyəti dağ yollarından keçir. Boliviyadakı bu dağ yolları (onları “ölüm yolları” da adlandırırlar) dünyanın ən təhlükəli avtomobil şoseləri sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.