DÜNYA


Boliviyada etiraz aksiyalarının gedişində həlak olanların sayı 23 nəfərə çatıb

Bakı, 17 noyabr, AZƏRTAC

Boliviyada etiraz aksiyalarının başladığı vaxtdan indiyədək azı 23 nəfər həlak olub, daha 715 isə nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təkcə dünən polisin və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 9 nəfər həyatını itirib, 122 nümayişçi xəsarət alıb. Bu barədə məlumat Amerika Dövlətləri Təşkilatı yanında insan hüquqları üzrə komissiya tərəfindən yayılıb.

Cümə günü Koçabamba şəhərində güc strukturları ilə sabiq prezident Evo Moralesin tərəfdarları arasında qarşıdurma yaşanıb. Təxminən 170 nəfər saxlanılıb. Hakimiyyət orqanlarının məlumatına əsasən, nümayişçilərdən odlu silahlar və partlayıcı maddələr götürülüb.

Xatırladaq ki, Boliviyada iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin nəticələri elan edildikdən sonra başlayıb. Ordunun tələbi ilə postunu tərk edən Evo Morales noyabrın 12-də ona siyasi sığınacaq verən Meksikaya gedib. Elə həmin gün Boliviya parlamentinin senatorlar palatasının ikinci vitse-spikeri Janin Anyes prezidentin səlahiyyətlərini üzərinə götürdüyünü elan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.