DÜNYA


Boliviyada italiyalı terrorçu saxlanılıb

Bakı, 13 yanvar, AZƏRTAC

Boliviyada öz vətənində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti saxlanılıb.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə Braziliya Prezidenti Jair Bolsonarunun müşaviri Filip Martins bildirib.

Onun sözlərinə görə, italiyalı terrorçu yaxın zamanda Braziliyaya aparılacaq və oradan da İtaliyaya deportasiya ediləcək.

Qeyd edək ki, İtaliyada sol radikal ekstremist təşkilatın keçmiş lideri Çezare Battisti 1970-ci illərin sonlarında törədilmiş 4 cinayətə görə ömürlük həbs cəzasına məhkum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.