SİYASƏT


Boliviyanın dövlət televiziyasında Azərbaycanla təhsil, mədəniyyət, turizm və iqtisadi sahələrdə əlaqələrdən danışılıb

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanın Boliviyadakı səfiri Rəşad Aslanov Azərbaycan Respublikası ilə Boliviya Çoxmillətli Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Boliviyanın dövlət televiziyası olan “Bolivia TV”nin “El Siete a las Seis” informasiya proqramına və nüfuzlu “Radio Fides” radiosunun “Antes de medio dia” verilişinə müsahibə verib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, R.Aslanov Azərbaycan və Boliviya arasında ikitərəfli əlaqələrin tarixi barədə danışaraq, bu ilin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu və bu münasibətlə xarici işlər nazirləri Ceyhun Bayramov və Roxelio Mayta arasında təbrik məktubu mübadiləsinin baş tutduğunu bildirib. Eyni zamanda, ikitərəfli münasibətlərin hazırkı durumu, həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlər, Boliviya ilə enerji, təhsil, mədəniyyət, turizm, iqtisadi sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə məlumat verib.

Səfir iki ölkə arasında çoxtərəfli platformada da əməkdaşlığın uğurla davam etdirildiyini bildirərək, bu xüsusda, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barəsində danışıb. Diplomat Azərbaycanın hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyini, təşkilatın sədri kimi, COVID-19 pandemiyası ilə mübarizə sahəsində irəli sürdüyü beynəlxalq təşəbbüslər, 30-dan artıq ölkəyə yardım göstərilməsi, o cümlədən koronavirus infeksiyasına qarşı mövcud peyvəndlərin ədalətli bölgüsü ilə bağlı məsələnin beynəlxalq səviyyəyə qaldırılması və gündəlikdə saxlanılması istiqamətində səyləri barəsində məlumat verib.

Həmçinin, 70-80-ci illərdə Azərbaycanda təhsil almış Boliviya vətəndaşlarından da söz açan R.Aslanov xarici ölkələrin vətəndaşları olan gənclər üçün hazırda ölkəmizdə mövcud olan təhsil imkanlarından danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.