İQTİSADİYYAT


“Bolkart” sahibləri üçün nağdlaşdırma kampaniyası başlamışdır

Bakı, 17 dekabr (AZƏRTAC). “Bank of Baku” ASC yeni il ərəfəsində vətəndaşların nağd pula ehtiyacını ödəmək məqsədilə “Bolkart” sahibləri üçün nağdlaşdırma kampaniyasına başlamışdır.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, dekabrın 17-dən 31-dək kartdan pul çıxaran “Bolkart” sahibi martın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırılmış vəsaitin martın 10-dək ödənilməyən hissəsi üçün hər ay 2,5 faiz olmaqla ödəniş etmək mümkündür. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmaya görə komissiya haqqı 5 faizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.