ELM VƏ TƏHSİL


Bölmə iclasları başa çatıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakı şəhərindəki ümumtəhsil müəssisələri direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, fənlər üzrə metodbirləşmə sədrləri, psixoloqlar və uşaq birliyi rəhbərləri üçün bölmə iclasları başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərlərinin və əməkdaşlarının qatıldıqları iclaslar 12 inzibati rayon üzrə təşkil olunub. Bölmə iclaslarına Təlimə Dəstək Mərkəzinin metodistləri moderatorluq ediblər.

Bölmə iclaslarının təşkil olunmasının əsas məqsədi Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin ötən tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.

Bölmə iclaslarında təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrası, ötən tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlər, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçirilən tədbirlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulub.

Qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb.

Bölmə iclaslarında səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək BŞTİ-yə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.