SİYASƏT


Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır

Bakı, 11 oktyabr, AZƏRTAC 

Müdafiə Nazirliyinin maddi-texniki təminat baş idarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazidə və sərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, maddi-texniki təminat (MTT) baş idarəsi rəisinin müavini - MTT qərargahının rəisi, polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar.

Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.