CƏMİYYƏT


Bolonyada keçirilən “G20 VIII Dinlərarası Forum”u başa çatıb

Bolonya, 14 sentyabr, AZƏRTAC

İtaliyanın G20-yə sədrliyi çərçivəsində sentyabrın 12-14-də Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”u başa çatıb. Bağlanış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın Baş naziri Mario Draqinin, Avropa Komissiyasının keçmiş prezidenti Romano Prodinin, Bolonya arxiyepiskopu kardinal Matteo Zuppinin və İtaliyanın Dini Elmlər Fondunun (FSCIRE) katibi Alberto Melloninin çıxışları dinlənilib.

Xatırladaq ki, İtaliyanın milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən forumda ölkəmizi Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam Allahşükür Paşazadə təmsil edib.

“Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı ilə keçirilən builki foruma müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, dini liderlər, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli alim və ictimai xadimlər qatılıblar.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Bolonya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.