DÜNYA
Bolqar gənc rəfiqəsini xilas etmək üçün Pakistanı “partladacağı” ilə hədələyib
Praqa, 20 iyun, AZƏRTAC
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Çexiya polisi 21 yaşlı bolqarıstanlı gəncə qarşı ittiham irəli sürüb. AZƏRTAC mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə Bolqarıstan Milli Mərkəzinin mətbuat katibi Yaroslav İbeqeyə istinadla xəbər verir ki, həmin gənc Pakistan KİV-lərinə sms-məlumatlar və elektron məktublar göndərərək ölkə ərazisində terror aktı törədəcəyi ilə hədələyirmiş.
Kriminalistlərin verdiyi məlumata görə, Çexiyada müvəqqəti yaşayan həmin gənc 2018-ci ilin yanvar ayında öz rəfiqəsi, Lahor aeroportunda 10 kiloqram heroinlə saxlanılıb çex vətəndaşının azad olunmasına kömək məqsədilə belə hərəkətlər edib. “Çexiya vətəndaşı Nikolay İvanov” imzalı məlumatlarda göstərilirdi ki, əgər saxlanılmış Tereza Q. 48 saat ərzində azadlığa buraxılmasa, Pakistanda terror aktları törədiləcək.
Polisin məlumatına görə Plzendə saxlanılmış bolqar gənc istintaq ilə əməkdaşlıq edir. ittiham hökmü çıxarılacağı təqdirdə onu 3 ildən 12 ilədək həbs cəzası gözləyir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa