SİYASƏT


Bolqar jurnalist: Müharibə bölgəsindən uzaqda yerləşən şəhərin bombalanması məndə şok effekti yaratdı

Gəncə, 1 avqust, Səlim Rəhimzadə, AZƏRTAC

Müharibə bölgəsindən uzaqda yerləşən bu şəhərin bombalanması məndə şok effekti yaratdı. Burada uşaqların, ailələrin öldürülməsi qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bolqarıstan Milli Televiziyasının jurnalisti Georgi Milkov Gəncə şəhərində baş verən dağıntılarla tanışlıq zamanı deyib.

Xarici media nümayəndəsi qeyd edib ki, Gəncə şəhərinə bu hücum bütün dünyaya qarşı edilmiş cinayətdir: “Bu mənzərə, bu hadisə sadəcə faciədir. Mən başa düşə bilmirəm, nəyə görə hərbi münaqişənin olmadığı ərazidə, mülki şəxslərin yaşadığı şəhərdə bu cür hal olsun? Bu günədək belə bir vəziyyəti heç vaxt görməmişdim və eşitməmişdim”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.