DÜNYA


Bolqarıstan 9 ölkədə diplomatik mülkünü satmaq niyyətindədir

Sofiya, 11 fevral, AZƏRTAC

Bolqarıstan 2019-cu ildə diplomatik mülkünü 9 ölkədə satmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sofia Globe” nəşri Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxaryevaya istinadla məlumat yayıb.

E.Zaxaryeva parlamentdə çıxışında bildirib ki, ABŞ, Argentina, Belçika, Yunanıstan, Kanada, Kolumbiya, Nikaraqua, Uruqvay və Finlandiyada Bolqarıstanın diplomatik mülkləri satılması barədə düşünülür. Daşınmaz əmlakın əksəriyyəti saxlanması üçün böyük xərc tələb edən, eyni zamanda, Bolqarıstanın yaxşı vəziyyətdə olmayan xarici ticarət ofisləri və Baş konsulluqlarıdır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.