DÜNYA
Bolqarıstan Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sərhədlərini açır
Sofiya, 22 may, AZƏRTAC
Bolqarıstan Avropa İttifaqı və Şengen ölkələrinin vətəndaşları üçün sərhədlərini açır.
AZƏRTAC Bolqarıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, mayın 22-dən etibarən ölkəyə daxil olan Aİ və Şengen ölkələrinin vətəndaşları yaşadıqları yerdə 14 gün müddətində karantində qalmalıdırlar. Qəbul olunan qərar tibb işçilərinə, sosial işçilərə, diplomatlara, beynəlxalq təşkilatların nümayəndələrinə, həmçinin müxtəlif ölkələrə işləyən avtobus sürücülərinə aid deyil.
Qeyd edək ki, Bolqarıstanda koronavirusa yoluxanların sayı 2372 nəfərə çatıb. Ölkədə bu xəstəlikdən 125 nəfər ölüb, 769 nəfər sağalıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]