DÜNYA


Bolqarıstan Avropa İttifaqında əlavə iş saatına verilən ödəniş məbləğinə görə sonuncu yerdədir

Sofiya, 13 aprel, AZƏRTAC

Artıq ardıcıl olaraq onuncu ildir ki, Bolqarıstan əlavə iş saatına verilən ödəniş məbləğinə görə Avropa İttifaqında (Aİ) sonuncu yeri tutub.

AZƏRTAC Avropa Statistika Agentliyinin məlumatına əsasən xəbər verir ki, 2018-ci ildə Bolqarıstanda əlavə iş saatına görə verilən məbləğ 5,5 avro təşkil edib. Rumıniyada bu məbləğ 6,5 avro, Macarıstanda 8,1 avro, Litvada 9 avro, Latviyada isə 9,3 avro təşkil edib. Aİ-də iş saatına görə verilən ən yüksək məbləğ Lüksemburqda qeydə alınıb. Belə ki, burada əlavə iş saatına görə 46,6 avro veriblər. İkinci yerdə olan Danimarkada 40,8 avro, Belçikada isə 39,3 avro verilir. Avropa İttifaqında əlavə iş saatına görə verilən ümumi məbləğ 23,6 avro təşkil edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.