DÜNYA


Bolqarıstan Avropa İttifaqında ən böyük dərman bitkiləri istehsalçısıdır

Sofiya, 10 yanvar, AZƏRTAC

Bolqarıstan Avropa İttifaqında ən böyük dərman bitkiləri və ədviyyatların istehsalçısıdır.

AZƏRTAC Avropa İttifaqının Statistika Bürosunun (“Avrostat”) yaydığı məlumata istinadla xəbər verir ki, 2017-ci ildə ölkədə 80 min ton aromatik bitkilər yetişdirilib və ədviyyatlar hazırlanıb. Bu rəqəm Avropada ikinci yerdə yerləşən Polşadan iki dəfə çoxdur. Eyni zamanda, ölkə Rumıniyadan sonra günəbaxan tumlarının istehsalına görə ikinci, moruq istehsalına görə isə Polşa, İspaniya və Böyük Britaniyadan sonra dördüncü yerdədir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.