İQTİSADİYYAT


Bolqarıstan Prezidenti: Biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik

Bakı, 13 oktyabr, AZƏRTAC 

Biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev oktyabrın 13-də Bakıda Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Energetika bizi uzun illər birləşdirəcək sahədir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik. Azərbaycan qazın nəqli mənbələrinin və marşrutlarının inkişafı, onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsinə kömək üçün bu layihənin gerçəkləşdirilməsində həlledici rol oynayır. Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik”, - deyə R.Radev qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.