SİYASƏT


Bolqarıstan Prezidenti: Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır

Bakı, 30 sentyabr, AZƏRTAC

Bolqarıstan Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikdir. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır.

AZƏRTAC xəbər verir ki, barədə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib.

Azərbaycan Prezidentinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edən səfərinin böyük rəmzi məna kəsb etdiyini vurğulayan Prezident Rumen Radev deyib: “Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.