DÜNYA
Bolqarıstan Qərbi Balkanların tezliklə Avropaya inteqrasiyasına təkid edir
Sofiya, 18 iyun, AZƏRTAC
Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxariyeva Avropa İttifaqının 12 ölkəsindən olan həmkarları ilə birgə bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, bəyanatda Qərbi Balkanların tezliklə Avropaya inteqrasiyasına çağırış edilir. Sənəddə Bolqarıstan, Çexiya, Estoniya, Latviya, Litva, Macarıstan, İtaliya, Malta, Avstriya, Xorvatiya, Sloveniya, Polşa və Slovakiya xarici işlər nazirləri Şimali Makedoniya və Albaniya ilə danışıqların başlanmasının mühüm olduğunu vurğulayırlar.
Bildirilir ki, bir tərəfdən danışıq prosesinin başlanması iki ölkədə islahatların tətbiqinə müsbət impuls verəcək, digər tərəfdən isə Avropa İttifaqı ölkələrinə danışıqların hər mərhələsində fərdi nailiyyətləri dəyərləndirmək imkanı yaradacaq, regional və Avropa təhlükəsizliyinə zəmin olacaqdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya