Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bolqarıstan Respublikasının sabiq Prezidenti (2002-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Georgi Pırvanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz Azərbaycanın davamlı iqtisadi inkişafı yolunda ona rəhbərlik edən güclü dövlət xadimi və ölkənizin lideri kimi böyük nüfuz qazanmısınız.

Mən Azərbaycanın beynəlxalq birliyin fəal üzvü imicinin formalaşmasında Sizin mühüm rolunuzu xüsusilə vurğulamaq istərdim. Siz yürütdüyünüz praqmatik siyasət və dövrümüzün ən aktual çağırışlarının həlli üçün göstərdiyiniz səylər nəticəsində beynəlxalq arenanın ən parlaq simaları sırasına daxil olmusunuz.

Sizinlə olan çoxsaylı görüşlərimizi və söhbətlərimizi böyük məmnuniyyət hissi ilə xatırlayıram. Şadam ki, Bolqarıstan Respublikasının Prezidenti olduğum müddətdə Sizinlə birlikdə strateji tərəfdaşlığın möhkəm əsaslarını qoymuşuq.

Sizin uzaqgörən strategiyanızın parlaq nümunələrindən biri də dialoq və anlaşma platforması olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.

Azərbaycan Respublikasının Prezidenti kimi məsuliyyətli missiyanızda qarşınıza qoyduğunuz məqsədlərin həyata keçməsi üçün Sizə möhkəm cansağlığı, tükənməz güc və enerji arzulayıram.

Dərin hörmətlə,

 

Georgi Pırvanov

Bolqarıstan Respublikasının sabiq Prezidenti (2002-2012),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin