Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz dostum.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə uğurlar və tərəqqi arzulayıram.

Cənab Prezident, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrlərinə, İdarə Heyətinin üzvlərinə, Baş katibinə və bizim komandaya göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Petar Stoyanov

Bolqarıstan Respublikasının sabiq Prezidenti (1997-2002),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin