DÜNYA


Bolqarıstan Sosialist Partiyasının deputatları hökumətə etimadsızlıq votumu irəli sürüblər

Sofiya, 15 oktyabr, AZƏRTAC

Bolqarıstan Sosialist Partiyasının (BSP) deputatları ölkə parlamentində “Borisov 3” hökumətinə etimadsızlıq votumu irəli sürüblər. Bu dəfə sosialistlər hökuməti səhiyyə sistemində aparılan siyasətə görə günahlandırırlar. Votumu BSP partiyasının 79 deputatı imzalayıb. Sosialistlərin fikrincə, Bolqarıstanın səhiyyə sistemində vəziyyət getdikcə daha da pisləşir, çoxsaylı həkim və mütəxəssis ölkəni tərk edir. Hökumətin yeni islahatları isə hər bir bolqar vətəndaşına yenidən maliyyə baxımından təsir edəcək. BSP hökuməti istefaya getməyə çağırır.

Qeyd edək ki, bu, BSP partiyası tərəfindən irəli sürülən sayca üçüncü etimadsızlıq votumudur. Bundan əvvəl partiya tərəfindən hökumətə parlamentdə “korrupsiya” və “təhlükəsizlik” mövzuları üzrə iki etimadsızlıq votumu irəli sürülüb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.