DÜNYA


Bolqarıstan Türkiyədə məskunlaşan Suriya qaçqınları üçün daha 3 milyon avro ayıracaq

Sofiya, 14 mart, AZƏRTAC

Suriya məsələsi ilə bağlı Avropa İttifaqı ölkələrinin Brüsseldə görüşü keçirilib. Bolqarıstanın xarici işlər naziri Ekaterina Zahariyeva görüşdə 2019-2023-cü illəri nəzərdə tutan Qaçqınlara Yardım Mexanizmi üzrə Türkiyədə məskunlaşan qaçqınlara ölkəsinin daha 3 milyon avro vəsait ayıracağını deyib.

AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Suriya böhranının bir çox aspektlərini müzakirə edirlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.