İDMAN


Bolqarıstan–Uels oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan–Uels qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, Bolqarıstan–Uels matçı oktyabrın 14-də Sofiyada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.