İDMAN


Bolqarıstan – Monteneqro oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub

Bolqarıstan – Monteneqro oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub

Bakı, 21 mart, AZƏRTAC

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Monteneqro oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub.

AZƏRTAC xəbər verir ki, matçın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.