DÜNYA


Bolqarıstan daşınmaz əmlakın qiymət artımına görə Avropa İttifaqında yeddinci sıradadır

Sofiya, 11 oktyabr, AZƏRTAC

Avropanın statistika agentliyi “Avrostatın” məlumatına əsasən Bolqarıstanda daşınmaz əmlakın qiyməti 2018-ci ilin birinci rübü ilə müqayisədə 2,8 faiz, 2017-ci illə müqayisədə isə 7,5 faiz artıb.

Daşınmaz əmlakın illik artımına görə Bolqarıstan Avropa İttifaqında (Aİ) yeddinci yeri tutur. Sıralamaya görə Sloveniya 13,4 faizlə ilk yerdədir. Ondan sonra İrlandiyada 12,6, Portuqaliyada 11,2, Macarıstanda 10,4, Hollandiyada 9,3 və Latviyada 8,7 faiz artım müşahidə olunur.

Qiymətlərin azalması İsveç və İtaliyada 1,7 və 0,2 faiz arası müşahidə edilməkdədir. Aİ-də ümumiyyətlə daşınmaz əmlaka olan qiymətlər illik faiz nisbəti ilə 4,3 artıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.