DÜNYA


Bolqarıstan donuzlarda Afrika vəbası ilə mübarizə üçün Avropa İttifaqından 2,9 milyon avro alacaq

Sofiya, 10 avqust, AZƏRTAC

Bolqarıstan donuzlarda Afrika vəbası xəstəliyi ilə mübarizə üçün 2,9 milyon avro maliyyə vəsaiti alacaq. Bu Brüsseldə ölkənin kənd təsərrüfatı naziri Desislava Tenevoyun və Avropanın səhiyyə və ərzaq təhlükəsizliyi komissarı Vityanis Andryukaytisin görüşündən sonra məlum olub. Eyni zamanda Bolqarıstan Afrika vəbasının yayılmasının qarşısını almaq üçün artıq məhv etdiyi xəstəlik ocaqlarına görə və donuz fermalarının yenidən bərpası üçün 11 milyon avro məbləğində yardım gözlədiyi barədə məlumat verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.