DÜNYA


Bolqarıstan əhalisinin 74 faizi şəhərlərdə yaşayır

Sofiya, 24 aprel, AZƏRTAC

Bolqarıstan Statistika İnstitutunun məlumatına əsasən, 2018-ci ilin sonuna kimi Bolqarıstanda 73,7 faiz, yəni 5 milyon 159 min 129 nəfər əhali şəhərlərdə, 26,3 faizi, yəni 1 milyon 840 min 910 nəfər isə kəndlərdə yaşayıb. Bolqarıstanda ümumi 5 min 256 yaşayış məntəqəsi mövcuddur. Bunlardan 257-i şəhər, 4999-u isə kənddir. 164 yaşayış məntəqəsində heç kim yaşamır. 1193 yaşayış məntəqəsində 1 nəfərdən 49 nəfərə kimi yaşayır. Əhalinin 34,4 faizi Bolqarıstanın 6 şəhərində yaşayır. Ən az adam Vidin rayonunda 84 min 865 nəfər, ən çox isə Sofiya rayonunda 1 milyon 328 min 120 nəfər, yəni əhalinin 19 faizi yaşayır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.