SİYASƏT


Bolqarıstan mətbuatında Ermənistanın təxribatlarına cavab əməliyyatı barədə məlumatlar geniş işıqlandırılıb

Bakı, 12 avqust, AZƏRTAC

Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı barədə məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. Ölkənin aparıcı xəbər agentlikləri bu il avqust ayının əvvəlində Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın təxribatlarına cavab olaraq baş vermiş qanlı toqquşmalar barədə geniş məlumatlar yayıblar.

Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, xəbərlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla, qanunsuz erməni birləşmələrinin Azərbaycanın Laçın rayonu ərazisində yüksəkliyi ələ keçirmək cəhdinin qarşısının ordumuz tərəfindən alındığı bildirilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla həyata keçirilmiş “Qisas” əməliyyatının Ermənistanın qanunsuz silahlı birləşmələrinin ölkəmizin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində artan təxribatlarına və atəşkəs rejimini pozmasına cavab olduğu barədə məlumat verilib.

Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadla, baş vermiş silahlı gərginliyə görə bütün məsuliyyətin hələ də öz qanunsuz silahlı birləşmələrini qonşu ölkənin ərazilərindən çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyü qeyd edilib. Bildirilib ki, Ermənistanın bu təxribatları Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli sazişlərin, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır.

Yayılan xəbərlərdə Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatın ölkəmizin suveren ərazilərində baş verdiyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.