DÜNYA


Bolqarıstan müdafiə xərclərinə görə NATO standartlarına yaxınlaşır

Sofiya, 26 iyun, AZƏRTAC

Bolqarıstan 2019-cu ildə müdafiə xərclərinə ÜDM-in 1,61 faizini, yəni, 927 milyon ABŞ dolları ayırıb. Bu rəqəm 2014-cü ildəkindən 0,3 dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin milli radiosu məlumat yayıb.

NATO ölkələri arasında müdafiə sahəsinə ən çox vəsait xərcləyən ölkə ABŞ-dır. Belə ki, bu ölkə ÜDM-in 3,42 faizini hərbi sahəyə ayırır. Bu sahəyə ən az vəsait yönəldən ölkə isə Lüksemburqdur (cəmi 0,55 faiz). Buna baxmayaraq, Lüksemburq Avropa İttifaqında adambaşına düşən ÜDM-ə görə ən yüksək göstəriciyə malikdir (66 min avro).

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, son illərdə müdafiə xərcləri artır və bir çox ölkələr ÜDM-in 2 faizini bu xərclərə yönəltməyə başlayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.