DÜNYA


Bolqarıstan plastik məhsulların təkrar emalına görə Avropa İttifaqında ikinci yerdədir

Sofiya, 7 noyabr, AZƏRTAC

Bolqarıstan plastik məhsulların təkrar emalına dair göstəricilərə əsasən Avropa İttifaqında ikinci yerdədir.

AZƏRTAC xəbər verir ki, bu, Avropa Statistika Agentliyinin məlumatında qeyd olunub.

Bolqarıstanda bu rəqəm 65 faizə çatıb. Birinci yerdə isə Litvadır. Burada 74 faiz plastik məhsullar təkrar emal olunub. Üçüncü yerdə Kiprdir. Burada bu göstərici 62 faizə bərabərdir. Eyni zamanda, birinci onluğa Almaniya, Sloveniya, Çexiya, Slovakiya, Hollandiya, İspaniya və İsveç daxil olub. Ən sonuncu yerdə isə Maltadır. Burada yalnız 24 faiz plastik məhsul təkrar emal olunub. Avropa İttifaqında ümumiyyətlə isə 42 faiz plastik təkrar emal edilib. 2005-ci ildə bu rəqəm 18 faizə bərabər olub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.