İQTİSADİYYAT


Bolqarıstan portalı: Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir

Bolqarıstan portalı: Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir

Bakı, 17 yanvar, AZƏRTAC

Trans-Balkan qaz kəməri Avropa üçün yeni perspektivlər açır. Avropa Rusiya qazını əvəzləyəcək qazı Azərbaycandan alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın Dir.bg internet portalı yazıb.

Dərc olunan məqalədə bildirilib ki, ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simson Bakıya uğurlu səfər ediblər. Avropa İttifaqının təmsilçiləri Azərbaycan ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalayıblar. Memoranduma əsasən, ilkin mərhələdə Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 12 milyard kubmetr artıracaq və 2027-ci ildə 20 milyard kubmetrə çatdıracaq.

Portal yazır ki, cari ilin fevralında Bakıda olduqca əhatəli enerji forumu keçiriləcək və bu tədbirdə Avropa İttifaqının təmsilçiləri də iştirak edəcəklər. Forumda Azərbaycanın enerji potensialı və Avropaya daha çox qaz ixrac etmək imkanları müzakirə olunacaq. Sərmayə yatırılacağı təqdirdə, Azərbaycan qaz hasilatını artırar ki, bu da öz növbəsində ixracın həcminə də müsbət təsir göstərər.

Məqalədə vurğulanıb ki, Azərbaycandan Avropaya nəql olunan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin davamı olan İon-Adriatik və qazın Balkan yarımadası ölkələrinə paylanması üçün çəkilməsi nəzərdə tutulan digər kəmərlər “Trans-Balkan qaz kəməri” adlandırılıb. Eyni zamanda, qazın nəqli məsələsi də artıq razılaşdırılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan qazı gələcəkdə Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir və bu “mavi yanacağ”ın Avropa ölkələrinə paylanması üçün Trans-Balkan qaz kəmərinin çəkilməsi yeni perspektivlər açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.