İDMAN


Bolqarıstan voleybolçularının uğurlu debütü, Ukrayna millisinin ikinci məğlubiyyəti

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də - Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının ikinci gününə “C” qrupunda yer alan Bolqarıstan-Ukrayna matçı ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Bakıda, Milli Gimnastika Arenasında keçirilən görüşün gərgin idman mübarizəsi şəraitində keçən ilk seti Bolqarıstan voleybolçularının qələbəsi ilə yekunlaşıb - 25:23. İkinci setdə Ukrayna voleybolçuları qalib gələrək (25:21) ümumi hesabda bərabərliyi təmin ediblər. Maraqlı mübarizənin aparıldığı üçüncü seti de ukraynalılar üstün başa vurublar – 25:23. Bundan sonra oyunda təşəbbüsü tamamilə ələ alan Bolqarıstan yığması dördüncü setdə böyük üstünlüklə qalib gəlib – 25:11. Bolqarıstan voleybolçuları tay-brekdə də böyük hesabla (15:4) qalib gələrək çempionata qələbə ilə başlayıblar. Ukrayna isə qitə birinciliyində ikinci məğlubiyyətini yaşayıb.

Bu qrupun digər oyununda Türkiyə və Rusiya voleybolçuları üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.