DÜNYA


Bolqarıstan yeni koronavirus təhlükəsi ilə üzləşib

Sofiya, 16 oktyabr, AZƏRTAC

Milli İnformasiya Sisteminə görə, son sutkada Bolqarıstanda 6 min 326 PCR testi və 12 min 399 koronavirusa qarşı antigen testi aparılıb ki, bunların 3183-ü müsbətdir. Ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 534 min 312 nəfərə yüksəlib, onlardan 57 min 57-si aktivdir. 497 nəfər reanimasiyada yerləşdirilib.

Son sutkada 1486 nəfər koronavirusdan sağalıb. Müalicə olunanların ümumi sayı 455 min 153 nəfərə, ölənlərin ümumi sayı 22 min 102 nəfərə, peyvənd edilənlərin sayı isə 2 milyon 615 min 154 nəfərə yüksəlib.

Qeyd edək ki, Bolqarıstan qabaqlayıcı tədbirlər görsə belə, koronavirus pandemiyası ölkədə yenidən tuğyan etməyə başlayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.