DÜNYA
Bolqarıstanda 37 faiz əhali evlərini isitməkdə çətinlik çəkir
Sofiya, 5 fevral, AZƏRTAC
Bolqarıstan Avropa İttifaqı ölkələri arasında evlərini lazımi qədər isidə bilməyən ölkələr arasında sonuncu yeri tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin “Avrostatın” yaşayış şəraitlərini nəzərdə tutan yeni araşdırmasında bildirilir.
Qeyd edilir ki, 2017-ci ildə Avropa İttifaqının 8 faiz əhalisi öz evlərini lazımi qədər isidə bilmirdilər. Ən çox göstərici 2012-ci ildə qeydə alınıb və 11 faizə çataraq gələn illərdə azalmağa başlayıb. Aİ ölkələrinin hər birində bu rəqəm fərqlidir. Bolqarıstandan sonra ən böyük göstərici Litvada 29 faiz, Yunanıstanda 26 faiz, Kiprdə 23 faiz, Portuqaliyada 20 faiz təşkil edir. Ən az faiz isə Lüksemburq, Finlandiya, İsveç, Hollandiya, Avstriyada qeydə alınıb, burada yalnız 2 faiz əhali evlərini lazımi qədər isidə bilmir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]