DÜNYA


Bolqarıstanda COVID-19-a qarşı peyvənd üçün icbari yazılı razılıq ləğv edilib

Sofiya, 20 noyabr, AZƏRTAC

Bolqarıstanda COVID-19-a qarşı peyvənd edilməzdən əvvəl vətəndaşların məlumatlı olduğu barədə razılığının imzalanması tələbi ləğv edilir. Bu barədə ölkənin səhiyyə naziri Stoycho Katsarov mətbuat konfransında deyib və əlavə edib ki, bu mövzu Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin direktoru Andrea Ammon ilə müzakirə edilib. Bolqarıstanda qanunvericiliyin araşdırılması göstərdi ki, COVID-19 peyvəndi üçün yazılı məlumatlı razılıq tələb etmək üçün heç bir hüquqi və ya tibbi əsas yoxdur. Nazir, həmçinin bildirib ki, çərşənbə axşamı, noyabrın 23-dən etibarən bütün vətəndaşlar peyvəndin tibbi aspekti - göstərişlər, əks göstərişlər, bəzi xəstəliklərə qarşı peyvəndlərin təsiri, peyvəndlə bağlı suallarını cavablandıracaq “qaynar” telefon xətti açılacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.