Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb VİDEO

Sofiya, 26 fevral, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə paytaxt Sofiyada Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan rəssamlarının əsərlərinin reproduksiyaları və uşaqların rəsm nümunələrindən ibarət sərgi çərçivəsində bolqarıstanlı piano ifaçısı Ani Linçeva Azərbaycan, Bolqarıstan və tanınmış dünya bəstəkarlarının klassik əsərlərini ifa edib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə günahsız insanların bir gündə baş vermiş ən böyük qətliamı adlandırıb. Bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, ümumilikdə, 613 günahsız və silahsız azərbaycanlı öldürülüb, 487 nəfərin yaralanıb, 1275 nəfəri girov götürülüb, 155 nəfərin taleyinin hələ də naməlum qalmaqdadır. Bundan başqa, 8 ailə tamamilə məhv edilib, 130 uşaq 1 valideynini, 25 uşaq isə hər iki valideynini itirib. Öldürülənlərdən 56-sı xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı sakinləri məhz azərbaycanlı olduqları üçün öldürüldülər.

O, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın hələ müdafiə naziri olduğu dövrdə britaniyalı jurnalist Tomas de Vala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda qırıldığını etiraf etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən amansız qətliamı təsvir edən qanlı hadisələrin şahidləri - fransız jurnalisti Jan-İv-Yunetin xatirələrindən və erməni jurnalisti Davud Xeyriyanın “Xaç naminə” kitabındakı açıqlamalarından bəzi hissələr sitat gətirilib.

Soyqırımı nəticəsində çox sayda insan haqları pozuntularının Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzi və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyi qeyd olunub. Bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş soyqırımında iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirilməsi nəticəsinə gəlib.

Səfir 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində Xocalıda kütləvi soyqırımının insan haqları və beynəlxalq humanitar hüququn kobud pozuntusu olması barədə dünya ictimaiyyəti arasında məlumatlılığı artırdığını, soyqırımının 15-dən çox ölkə, ABŞ-ın 20-dən çox ştatı tərəfindən, eləcə də İslam Əməkdaşlığı Təşkilatının müvafiq sənədlərində tanındığını və pislənildiyini deyib. Diplomat Xocalı ilə yanaşı, Quşçular, Malıbəyli, Qaradağlıda, Azərbaycanın digər şəhər və kəndlərində törədilən soyqırımların təşkilində və icrasında günahkar olanların cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Bolqarıstanda səfərdə olan Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin də qonaq qismində qatıldığı tədbirdə Bolqarıstanın dövlət qurumlarının, Xalq Məclisinin (parlamentin) və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak ediblər.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Bundan əlavə, Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. Səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə gələnlər üçün ehsan verilib.

Azərbaycanın Sofiyadakı səfirliyinin təşkilatçılığı, Bolqarıstan Müsəlmanlar Diyanəti Baş Müftiliyi və “Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyası” dərnəyinin dəstəyi ilə qurumun inzibati binasında tədbir keçirilib. Tədbirdə iştirakçılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, günahsız insanların qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qətliama həsr olunmuş film nümayiş olunub.

Xocalı soyqırımı və faciənin 28-ci ildönümü ilə bağlı tədbirlər yerli KİV-də geniş işıqlandırılıb.

Bolqarıstanın aparıcı KİV-lərindən olan “Focus” xəbər agentliyi tərəfindən xüsusi hazırlanan “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı verilişin fevral buraxılışında N.Qurbanova tamaşaçılara ölkəmizin müasir tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bolqarıstanın regional nəşri olan “Kırcaali Haber” qəzetində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Xocalı soyqırımı ilə bağlı bəyanatı və ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərlərinin faciə ilə əlaqədar müraciəti dərc edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək